نویسندگان: Səadət Məmmədova Əliyeva

کلید واژه ها: Virtual Aləmin Dini Təhsil Alan Tələbələrin

حوزه های تخصصی:
شماره صفحات: ۱۷۳ - ۱۸۴
دریافت مقاله   تعداد دانلود  :  ۲۴۲

آرشیو

آرشیو شماره ها:
۳۸

چکیده

Virtual aləmin və sosial mediyanın varlığı və ona olan ehtiyac haqda danışsaq, bunun zərurətini inkar edə bilmərik. Sözsüz ki, müasir dünyamızda həyatın əsas ehtiyaclarından birinə çevrilən, demək olar ki, sanki hava-su kimi dəyərli olan internet, həyatımızı elektrik enerjisi, mətbəə, telefon qədər dəyişdirdi. O, təkcə bir ünsiyyət vasitəsi deyil, həm də bir çoxumuzun həyatının bir parçası oldu. Təhsil mənbəyimizə və mədəni fomalaşma amilimizə çevrildi. Axı texnologiya biz istəsək də, istəməsək də inkişaf edir. Və bu belə də olacaq. Bu inkişaf internet üçün də keçərlidir. Balansı qoruyaraq internetdən faydalanmaq və zərərlərindən qaçmaq isə öz əlimizdədir. İnternet üzərindən təhsil bizim üçün çox faydalıdır, amma bu təhsilin kimdən və necə əldə edilməsi də çox önəmlidir. Həmçinin virtual aləmin bizim mədəni formalaşmamızdakı rolunu da nəzərdə almalıyıq. Bir tələbə hansı üstün cəhətləri virtual aləmdən əldə edə bilər və hansı çatışmayan xüsusiyyətlərin hücumuna məruz qala bilər? Bax əsas məsələ budur. Hazırkı məqalədə elə bu haqda araşdırma aparacayıq. İn.allah tezliklə məqalənin tam versiyası sizə göndəriləcəkdir.

تبلیغات