Mənəvi həyatı insanlara aşılayan bir mütəfəkkirdə olması vacib olan ən önəmli xüsusiyyətlərdən biri də, mütaliə, məntiq və araşdırma ilə real və virtual aləmi dəqiq tanıyıb, öz müqəddəs amallarını düzgün metodlarla xalqa çatdırmaqdır. Hətta bir müsəlmanın yalnız yüksək inanc sahibi olması və əqidəsinə sadiq qalması kifayət etmir, əqidəsini düzgün və məntiqli şəkildə mənimsəməsi, fikirlərində fəlsəfi argumentlərə əsaslanması, təfəkkür sahibi olması, uzaqgörənliyi və bütün bu dəyərləri gerçək aləmdə olduğu kimi, virtual həyatda da insanlara ən gözəl üslublarla çatdırması azru olunan istəklərdəndir.