Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin ölçü Meyarları(مقاله علمی وزارت علوم)
منبع:
pure life, Volume ۵, Issue ۱۳, Spring ۲۰۱۸
185 - 202
حوزه های تخصصی:
Məqalədə Dini virtual təhsilin keyfiyyət dərəcəsinin ölçü meyarlarında söhbət açılır. Virtual təhsil sisteminin lazımlı olması və faydaları haqqında danışılır. Virtual təhsil sisteminin başqa təhsil sistemlərilə müqayisədəki üstünlüklərinə işarə olunur. Dini virtual təhsilin ölçü meyarı haqqında söhbət açılır. Virtual dini təhsil sisteminin bizdən bir neçə tələbləri müzakirə edilir.
Əsrlər boyu dünya mütəfəkkirləri arasında özünə məxsus fikir və düşüncəsi olan şəxslər yaşayıb-yaratmış, öz zəkası ilə bəşəriyyətə xidmətlər etmişlər. İnsanlıq bu şəxslərə çox şey borcludur. Məhz bu elm fədailərinin sayəsində insane dəyərlər inkişaf etmiş, düşüncələr işıqlanmış, qaranlıqlar aydınlığa qovuşmuşdur.
Adından məlum olduğu kimi, Virtual təhsil sistemi, audio, video, sayt, televiziya və sair müxtəlif virtual-elektron vasitələrlə, icra edilən təhsil sistemidir.
Həqiqətdə, Virtual təhsil sistemi müasir texnologiyadan istifadə etməklə qiyabi şəkildə onlayn fəzada təhsil almaqdır. Başqa sözlə desək, Virtual təhsil sistemində tədris olunan mövzular, audio, video və mətndən istifadə edilərək, şagird və müəllim, yaxud şagirdlər arasında fikir mübadiləsi yüksək şəkildə icra edildiyinə görə, təhsilin keyfiyyəti ən məqbul həddə yetişir.
Müasir və inkişaf etmiş vasitələrdən istifadə edərək, elmi və ümumi məlumatları daha gözəl və üstün keyfiyyətlə təqdim etmək mümkündür. Misal olaraq, sayt vasitəsi ilə məlumat əldə edərkən, sizə təqdim olunan məlumatlar hər nə qədər rəngarəng və çox çeşidli olarsa, bir o qədər də, yüksək nəticə əldə edə bilərsiniz. Virtual təhsil zamanı tədris olunan mətnlər bir neçə formatda təqdim edilir.
Həmçinin, bu proses, təhsil müdiriyyəti, şagirdlərin tərkib tapdığı qruplar, mütəxəssislər və dərslikləri hazırlayanları əhatə edir.
Virtual təhsil sistemindən istifadə etməklə, şagirdlər onlara münasib olan zaman hüdudunda bəhrələnə bilirlər. Bu təhsil sisteminin ən dəyərli xüsusiyyətlərindən biri də, təhsil sahəsindəki nazir məqamların, müdirlərin, müəllimlərin tədris formasına, keyfiyyətinə və şagirdlərin fəaliyyətlərinə nəzarət etmək imkanının olmasıdır.
Virtual təhsil sisteminin hədəfi, müasir və daha sərfəli proqramlarla şəxsin elmini və bacarığını artırmaqdır. Bu təhsil növündə, şagirdlər təlim gördükləri dövrənin məlumatlarına və mətninə malik olmaq üçün zaman və məkan məhdudiyyəti ilə üzləşmir.
Virtual təhsil sistemində tədris mərkəzinə gediş-gəliş, müəllimlərə, müşavirlərə çəkilən xərclər azalır və əlavə vaxt itirilməsinin qarşısı alınır. Bu təhsil növündə, tədris dövrələri (semestrlər, vebinarlar) daha kiçik dövrələrə ayrıla və əvəzində daha çox günlər, həftələr istifadə oluna bilər.
Virtual təhsil sistemində, klassik təhsildə olduğu kimi, müəllim və şagird arasında mətləbi daha yaxşı anlamaq üçün (təkrar) əlaqə yaratmaq mümkündür.
Onlayn dərslərdə iştirak edən şəxslər, qorxu və xəcalət hissi olmadan, elə bir mühitə daxil olurlar ki, səhv etdikləri zaman başqalarının hökmü, tənəsi ilə üzləşmədən yeni-yeni mövzularda özlərini sınaya bilərlər. Bu imkan, xüsusilə də, şəxsin bir sıra məharətləri, qərara gəlmək, rəhbərlik etmək kimi qabiliyyətlərini təcrübə etdiyi zaman daha da öz əhəmiyyət və dəyərini aşkar edir.