چکیده

Aşıq sənəti əsrlərlə davam edən təcrübələrdən keçərək cilalanmış, özünəməxsus ifa tərzi, ənənələrə söykənən forması və qayda-qanunları olan bir yaradıcılıq sahəsi halına gəlmişdir. Aşıqlar musiqi ilə yanaşı heca vəznində xalq şeirinin müxtəlif formalarında şeirlər də yaratmışlar. Bu al-əlvanlıq aşıq mühitlərinə görə də dəyişmiş, bəzi mühitlərdə işlək olan janrlar başqa mühitdə o qədər də işlək olmamışdır. Bütün dövrlərdə və mühitlərdə bu şeirlərdən daha çox gəraylı, qoşma və təcnis işlək olmuşdur.                Bu yaradıcı aşıqlardan biri də Ağbaba-Çıldır aşıq mühitinin usta təmsilçisi Aşıq Nəsib olmuşdur. O, XIX əsrin sonu - XX əsrin əvvələrində yaşayıb yaratmışdır. Aşıq Nəsibin yaradıcılığında aşıq rəvayətləri də daxil olmaqla vur-tut yeddi janr müşahidə edilir. Bizcə, bunun iki mühüm səbəbi var: əvvəla, aşığın poetik irsi vaxtında toplanmadığı üçün böyük əksəriyyəti itib-batmışdır. İkincisi, Ağbaba-Çıldır aşıq mühiti söz qoşma və ifaçılıq ənənələri baxımından Anadolu aşıq məktəbinə daha yaxın olduğu üçün janr əlvanlığı sahəsində başqa aşıq mühitlərindən fərqlənir. Lakin Ağbaba-Çıldır aşıq mühitində aşıq şeirinin bütün əsas janrları mövcuddur. Burada bayatı, qoşma, gəraylı, təcnis, müxəmməs, divani, ustadnamə, dastan, rəvayət kimi janrlardan geniş şəkildə istifadə edilmiş, sadəcə olaraq, müstəzad, cığalı və qoşayarpaq təcnis, dodaqdəyməz, dildönməz kimi daha mürəkkəb bəzi şeir növləri çox da işlək olmamışdır.

ژانرهای شعر کارکردی در آثار عاشیق نصیب

هنر عاشیقی در طول قرن ها تجربه پالایش یافته و به عرصه ای خلاقانه با سبک اجرا، فرم و قواعد خاص خود بر اساس سنت تبدیل شده است. عاشیق ها علاوه بر موسیقی، اشعاری در قالب های مختلف شعر عامیانه نیز خلق کردند. این تنوع با توجه به محیط نیز تغییر کرده است، ژانرهایی که در برخی محیط ها کار می کنند در محیط های دیگر چندان قابل اجرا نیستند. در همه دوره ها و محیط ها بیش از این قافیه ها، دوبیتی ها ، گرایلی و تجنیس ها به کار رفته است. یکی از این عاشقان خلاق، عاشیق نصیب، نماینده استاد محیط عاشقان آق بابا-چیلدیر بود. او در اواخر قرن نوزدهم - اوایل قرن بیستم زندگی و خلق کرد. در آثار عاشیق نصیب هفت ژانر مختلف از جمله داستان های عاشقانه وجود دارد. به نظر ما دو دلیل مهم برای این امر وجود دارد: اول اینکه بیشتر میراث شعری عاشیق به دلیل جمع آوری نشدن به موقع از بین رفته است. ثانیاً، محیط عشیق آغ بابا-چیلدیر از نظر ژانر با سایر محیط های عاشیقی متفاوت است، زیرا از نظر بیان و سنت های اجرا به مکتب عاشیقی آناتولی نزدیک تر است. با این حال، تمام ژانرهای اصلی شعر عاشقانه در محیط عاشقانه آق بابا-چیلدیر وجود دارد. ژانرهایی مانند بایاتی، کوشمه، گرایلی، تجنیس، مخمس، دیوانی، داستان و نقالی در اینجا بسیار مورد استفاده قرار می گرفت، اما برخی از انواع شعر پیچیده تر مانند تجنیس مستزاد، جیقلی و قوشایاپرپاق تجنیس، دوداق دیمز، خیلی موثر نبودند

تبلیغات