مطالب مرتبط با کلیدواژه

Sosial şəbəkələrin


۱.

Sosial şəbəkələrin həyatımızdakı rolu və təsirləri(مقاله علمی وزارت علوم)

نویسنده:

کلیدواژه‌ها: Sosial şəbəkələrin həyatımızdakı rolu təsirləri

حوزه های تخصصی:
تعداد بازدید : ۳۶۹ تعداد دانلود : ۱۹۲
İnsan kamil, düşünən, ünsiyyət qurmağı bacaran Alim və Qadir Yaradanın yaratdığı ali varlıqdır. Ünsiyyət vasitəsilə insanlar fikirlərini bir-birinə çatdırır, ehtiyaclarını dilə gətirir, özünü ifadə edir, ən əsası da həyatındakı müxtəlif sahələrə təsir göstərir. Ünsiyyətin təsir mexanizmindən söz düşmüşkən, günümüzdə milyonlarla insanın ünsiyyət vasitəsinə çevrilən sosial şəbəkələrdən danışmaq daha məqsədəuyğun olardı.
۲.

Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri(مقاله علمی وزارت علوم)

نویسنده:

کلیدواژه‌ها: Sosial şəbəkələrin Həyatımızd Rolu və Təsirləri

حوزه های تخصصی:
تعداد بازدید : ۴۰۵ تعداد دانلود : ۲۰۳
“Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub. Ölkəmizdə “Facebook” sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib. İstifadəçi marağına görə, ikinci yeri (2,9 faiz) “Youtube” sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib. Eyni zamanda, “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi. “Azərbaycanda sosial şəbəkələrə qoşulanların sayı 2 milyona çatıb”. Bu barədə isə Lent.az-a rabitə və texnologiyalar nazirliyinin mətbuat xidməti Müşfiq Əmirov məlumat verib. Onun sözlərinə görə, “Facebook” abunələrinin sayı isə milyon yarıma yaxınlaşıb. Bu da o deməkdir ki, Azərbaycanda hər 4-5 nəfərdən biri internet istifadəçisidir.